2022-ci ildə Azərbaycan 152 milyon 974 min dollar dəyərində 675 min 829 ədəd smartfon idxal edib.
Bu il mobil operatorların gəlirləri - 10% ARTIB
FED.az xəbər verir ki, idxal edilmiş smartfonların əsas hissəsi - 90 milyon 280 min dollar dəyərində 407 min 908 ədəd smartfon Çindən, 37 milyon 608 min dollar dəyərində 177 min 765 ədəd smartfon Vyetnamdan, 24 milyon 710 min dollar dəyərində 88 min 325 ədəd smartfon isə Hindistandan gətirilib.
Smartfonların qalan hissəsi İsveçrə, Malayziya, Tailand, Almaniya, ABŞ və digər ölkələrdən idxal olunub.
Bundan başqa, 2022-ci ildə Azərbaycana 92 milyon 648,86 min dollar dəyərində (azalma 60,7%) 467 min 758 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatı idxal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 70,4% azdır.
Mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatlarının əsas hissəsi (53 milyon 434,7 min dollar dəyərində 270 min 369 ədəd) Çindən gətirilib.
Əsas tədarükçülər arasında Vyetnam (27 milyon 112,62 min dollar dəyərində 144 min 899 ədəd) və Hindistan da (11 milyon 471,69 min dollar dəyərində 51 min 915 ədəd) yer alır. (İnterfaks-Azərbaycan)