İKT

2020-ci ildə milyonlarla cihaz - “WHATSAPP”SIZ QALACAQ

2020-ci ildə milyonlarla cihaz - “WHATSAPP”SIZ QALACAQ | FED.az
11:45 10 Dek 2019

“WhatsApp” messenceri 2020-ci ildə dünya üzrə milyonlarla cihazda çalışmayacaq.

FED.az xəbər verir ki, proqramın fəaliyyəti artıq köhnə əməliyyat sistemləri tərəfindən dəstəklənməyəcək.

Eləcə də bax: “WhatsApp”dan - YENİ FUNKSİYA

Buna səbəb sözügedən əməliyyat sistemlərinin proqramın texniki imkanlarına cavab verməməsidir.

Beləliklə, 31 dekabr 2019-cu ildən “WhatsApp” “Windows Phone”larda fəaliyyətini dayandıracaq.

Fevralın 1-dən etibarən isə “WhatsApp” “Android”in 2.3.7 və daha əvvəlki versiyası olan cihazlar, habelə 8-ci versiyaya qədərki iOS əməliyyat sistemli cihazlarda çalışmayacaq.

Oxu

Digər xəbərlər