2019-cu ilin ilk 6 ayı ərzində ən çox satılan smartfon modellərinin adları açıqlanıb.
FED.az xəbər verir ki, siyahını London mərkəzli qlobal informasiya təminatçısı "IHS Markit" yayıb.
Eləcə də bax: Ən etibarlı smartfonları hansı şirkət buraxır?
Məlumata əsasən ilk sırada "Apple"ın 12 sentyabr 2018-ci ildə "iPhone XS" və "iPhone XS Max" ilə müqayisədə daha münasib qiymətlə təklif etdiyi "iPhone XR" qərarlaşıb. Smartfon 6 ay ərzində 26,9 milyon ədəd satılıb.
Reytinqlə daha ətraflı aşağıdakı siyahıdan tanış ola bilərsiniz:
1. iPhone XR - 26.9 milyon
2. Samsung Galaxy A10 - 13,4 milyon
3. Samsung Galaxy A50 - 12 milyon
4. iPhone 8 - 10,3 milyon
5. Xiaomi Redmi 6A - 10 milyon
6. Redmi Note 7 - 10 milyon
7. Galaxy J2 Core - 9,9 milyon
8. Oppo A5 - 9,7 milyon
9. iPhone XS Max - 9,6 milyon
10. Galaxy A30 - 9,2 milyon
Finans.az