Son 10 ildə Azərbaycanda 25 milyondan çox IMEI (mobil cihazın beynəlxalq idnetifikasiyası) qeydiyyatdan keçirilib.
FED.az “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətə istinadən xəbər verir ki, surəti köçürülən 16 mindən çox IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılıb. Bu IMEI kodlar üzərində 1,5 milyon nömrə şəbəkədə görünüb.
Qeyd edək ki, vətəndaşlar mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusunu yoxlamaq üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra Vahid Elektron Xidmətlər Portalında (rinn.portal.az) “IMEI yoxlama” xidmətindən ödənişsiz istifadə edə bilər.