Sosial şəbəkələrdə «Redmi 13C» smartfonu ilə bağlı videolar yayılıb.
FED.az xəbər verir ki, ucuz qiymətli smartfonlara aid olan «Redmi 13C»in diaqonalı 6,59 düym, Full HD+ təsvir ölçüsü və 90 Hz kadr tezliyi olan IPS ekranına malikdir. Arxa qapaq plastikdir, ön kamera isə 8 meqapikseldir.
Smartfonnu əsas kamerası 50 və 2 meqapiksel təsvir ölçülü sensorlarla təmsil olunur. Aparat platforması MediaTek Helio G85 SoC əsasında qurulub. Operativ yaddaşın həcmi 8 GB, fləş yaddaş - 256 GB təşkil edib. MicroSD kartları üçün slot var, smartfon Android 13 əməliyyat istemində işləyir və MIUI interfeysinə malikdir. Smartfonun akkumulyatoru çox tutumludur - 5000 mAh-dir.
Redmi 13C-nin qiyməti videoda qeyd olunmayıb, lakin bu model Çində qiyməti 95 dollar olan (əsas versiyada) Redmi 12C modelini əvəz edir. Müvafiq olaraq, yeni məhsulun qiyməti 100 dollar səviyyəsində qalmalıdır. Ancaq bu Çindədir, digər ölkələrdə smartfon daha bahalı ola bilər.