2017-ci ilin birinci yarısında qlobal informasiya texnologiyaları bazarının və biznes xidmətlərinin həcmi 4 faiz yüksəlib.
FED.az xəbər verir ki, “IDC” analitik şirkətinin məlumatına görə, bu ilin birinci yarısında informasiya texnologiyaları xidmətləri və biznes xidmətləri bazarında gəlir 475 milyard dolları ötüb. Bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur və ekspertlərin proqnozuna görə, 2018-ci ildə onun həcmi 1 trilyon dolları ötəcək.
Bu sahədə ən böyük bazar ABŞ sayılır. Belə ki, bu ilin Cbirinci yarısında ABŞ-da bu sahə üzrə gəlir 216,7 milyard dollar təşkil edib. İlk üçlükdə Qərbi Avropa və Asiya-Sakit okean regionu (Yaponiya istisna olmaqla) yer alıb.
“IDC” şirkətinin analitiki Layz Naqamayn bildirib ki, informasiya texnologiyaları xidmətləri bazarında sabit artım rəqəmli həllərə tələbatın yüksək olması ilə izah edilir. Mütəxəssis, həmçinin hesab edir ki, cari ildə bulud xidmətlərindən əldə edilən gəlir 100 milyard dollardan çox olacaq.