Azərbaycanda son illər ənənəvi futbolun uğurları fonunda qadın futbolu hələlik arxa plandadır. Baxmayaraq ki, hazırda bütün dünyada qadın futbolu öz sürətli inkişaf dövrünü yaşayır.
Azərbaycanda mənfəət və zərərlə işləyən – FUTBOL KLUBLARI – (PFL) SİYAHI
Azərbaycanda isə qadın futbolunun inkişafı üçün bu sahəyə dəstək tələb olunur.
Azərbaycanda böyüyən və kiçilən FUTBOL KLUBLARI (PFL) - SİYAHI
Bugünkü müsahibimiz Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Xırdalan City" futbol klubunun meneceri Ağasəf Osmanlıdır. 1990-cı ildə Bakıda doğulan Ağa futbolu küçədə sevdiyini, daha sonra bu sevgini professional səviyyəyə daşımağa başladığını bildirir.
- Ağa bəy, futbolla bağlı ilk təəssüratlarınız necə olub?
- Futbolla kiçik yaşlarımda məhəllədə uşaqlarla oynayaraq tanış olmuşam. Azarkeşlik duyğularım da o vaxtdan yaranmağa başlayıb. Ağ-qara olub sevgim. Həmin dövrdə İtaliya A Seriyasının vəziyyəti məni də heyran edirdi. Del Piero-nu tanımışam və Yuventus fanatı olmuşam. Avropada Yuventus, dünyada isə Neftçi fanatı kimi yaşayıram.
- Futbolla peşəkar səviyyədə məşğul olmağa necə başlamısınız?
- Futbola xidmətim menecerlik fəaliyyəti ilə başlayıb. Prioritetim yerli və regional oyunçuların daha yaxşı komanda və klublarda təcrübə qazanmaqlarında köməklik olub. Hazırda C kateqoriya sahibi məşqçiyəm. Bu istiqamətdə müxtəlif. kurslar keçmişəm. Bu kurslarda öyrəndiklərim bir daha futbolun həm də elm olduğunu təsdiqlədi.
- Bəs qadın futbol ilə necə tanış oldunuz? Azərbaycanda qadın futbolu o qədər də populyar deyil.
- Məşqçilik kurslarındakı müəllimlərim qadınların komandalarında (milli səviyyədə) məşqçilik edirdilər. İlk dəfə qonaq qismində dəvət edildiyim matçda qızların istəkli olması, emosiya ilə zəngin mübarizələri məni heyran etmişdi. Matç sonrası məşqçiyə bildirdim ki, bu komandanı, bu ab-havanı sevdim. Artıq qısa zaman sonra, növbəti görüşlərdə vəziyyəti dəyərləndirib birgə əməkdaşlıq etmək üçün ilkin addımları müzakirə etdik. "Xırdalan City" Azərbaycan Yüksək Qızlar Liqasında mübarizə aparır. Ötən mövsümü 4-cü yerdə bitirdik. Keçdiyimiz yol bizi motivasiya edirdi. Yeni mövsüm hazırlıqlarını ara vermədən başladıq.
- Ölkədə azarkeşlərin, şirkətlərin, qurumların qadın futboluna münasibəti necədir?
- İlk partnyorluq təmaslarımız uğursuzluqla nəticələnirdi. Çempionatın bilinirliliyi aşağı idi. İnsanlar qızların 90 dəqiqə 11 nəfərlə futbol oynadıqlarını qəbul edə bilmirdilər. Bəziləri üçün gəlişimiz şübhə doğurdu. Belə olduğunu görüb görüşlərdə qızların iştirakını da təmin etdik. Futbolçu hazır məhsul deyil. Olduğu vəziyyətə gəlməsi üçün illər və zəhmət sərf edib. Hər birinin unikal hekayəsi var. Bu hekayələr bəzilərini biganə qoymadı. Qızların bu işdə birbaşa iştirakı həm onlara həm bizə davam etmək üçün vacib idi. Bu andan etibarən gördüyümüz insanlara iştirak etdiyimiz liqa, təmsil etdiyimiz komanda ilə bağlı danışırdıq, göstərirdik. Futbol sevməyənləri yorurduq. Maraqlanlara daha ətraflı məlumatlar verirdik. Qadınlar üçün millimizin bütün üzvlərinin legioner həyatı yaşaması və FIFA reytindindəki mövqeyi yeni şok üçün səbəb idi.
- Komandaya dəstək hansı səviyyədədir?
- Bizə ilk inanıb dəstək olanlar şəxsən tanıdıqlarımız idi. Çünki onlar bizi başa düşmək üçün dinləyirdilər. Biz onlara dəyərlərimizi bildirirdik. Qızlara dəstək və insan kapitalına investisiya demişdik. İlk razılaşmadan sonra daha inamlı şəkildə davam edirdik. Futbolda çox pul çox iş görməyə səbəb olur. Komandaya məşqçinin istədiyi mövqelərə uyğun oyunçuların transfer görüşlmələrinə başladıq. Həmçinin U17 və U12 komandamızı yenidən formalaşdırdıq. Bəzi oyunçularımızın kiçik yaş qruplarında məşqçilik təcrübəsi keçmələri üçün şərait yaratdıq. Futbolu futbol edən insanlardır. Yeni mövsüm formalarının hazırlamaq üçün dizaynerlərlə görüşdük. Onlar bizdəki nigarançılığı başa düşmüşdülər. Qızlar üçün forma həssas mövzudur. Rənglər, stil və s. nəticə ürəkaçan oldu. Qızlarımız yeni formalarını sevərək tərlədirlər. Hazırda ona yaxın partnyorlumuz var. Yeni partnyorluqlar üçün hər gün çalışırıq. Prinsipial olaraq alkoqol və tütün sənayesinin iştirakçıları ilə əməkdaşlıqetmirik. Digər bütün partnyorluqlar üçün dialoqa hazırıq. Günümüz dünyasında qadınlar mövzusu prioritetdir. Biz də bu işə xidmət edirik. İstəyimiz onların şəraitlərinin yaxşılaşması, sevdikləri işlə məşğuliyətdən həzz almaları və xoşbəxtlikləridir. Əksiklərimiz çoxdur. Yolumuz uzundur. Bizimlə təcrübə keçib öyrənəcək öyrədəcək hər kəsi görməyə işləməyə şad olarıq. Bunun məntiqi davamı kimi liqamızda iştirak edən digər klub nümayəndələri ilə da dialoq yaratmaq və yeni sahillər öyrənmək arzusundayıq. Görülən bütün işlər qızların xoşbəxtliyi üçündür.
- Yeni mövsüm üçün hədəfləriniz, planlarınız nədir?
- Bu mövsüm hədəfimiz çempionluqdur. Mövsüm sonunda hansı pillədə olmaqdan daha vacibi çempion vərdişləri və ruhuna sahib olmaqdır. Nəticəyə detallar təsir edə bilir. Gedilən yol önəmlidir. Futbolçular ilk olaraq insandırlar. Şəraitləri yaxşı səviyyədə olduqda onlardan meydanda effekt ala bilərik. Gələcəyə baxışımız kifayət qədər pozitivdir və bu bizə hər keçən gün daha çox motivasiya verir.
- Ağa bəy, müsahibə üçün təşəkkür edirik.
- Mən təşəkkür edirəm. Çox sağolun!