Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman İnjiltərə premyer-liqasının məşhur klublarından birini «Nyukasl Yunayted»i almaq istəyir.
FED.az «The Sun» qəzetinə istinadən xəbər verir ki, alqı-satqı müqaviləsinin həcmi 340 milyon funt sterlinq və ya 442 milyon dollardır. Komandanın satın alııması ilə bağlı danışıqları britaniyalı maliyyəçi Amanda Steyvli başda olmaqla investorlar qrupu iştirak edir. Alqı-satqı müqaviləsi bir neçə həftəyə bağlana bilər.
Qeyd edək ki, «Nyukasl»ı ərəblər bir qədər əvvəl də almaq istəyiblər. 2019-cu ildə şeyx Xalid ben Zaid Əl Nahayan komandanı almağa yaxın idi, amma sonra danışıqlar baş tutmayıb.
Qeyd edək ki, 24-cü turdan sonra «Nyukasl» İngiltərə çempionatında 30 xalla 14-cü yeri tutur.