Səudiyyə Ərəbistanı “Formula1”i 20 milyard dollara almağa çalışıb.
Bakıdakı builki "Formula 1"ə bilet satışı - Rekord Həddə Çatıb
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Suveren Fondu “Formula 1” üzrə dünya çempionatını əldə etməyi düşünüb. Amma bununla bağlı razılaşmaya 2022-ci ildə danışıqların elə ilkin ilkin mərhələsində başa çatıb. Çünki «Formula 1»in sahibi olane «Liberty Media Corp» şirkəti qurumu satmaq niyyətində deyil.
Agentlik qeyd edib ki, imtinaya baxmayaraq Səudiyyə fondu «Formula-1»i almaq planlarından əl çəkməyib və «Liberty Media» qərarını dəyişərsə və onu satmaq qərarına gələrsə, hərracda iştirak edəcək.
Amerikalı sahibkar John Malone-yə məxsus olan «Liberty Media» 2017-ci ildə «Formula 1»i 4,4 milyard dollara alıb. Hazırda aktivin bazar dəyəri 15,2 milyard dollardır.
Səudiyyə Ərəbistanı Suveren Fondu 400 milyard dollarlıq aktivlərə sahibdir. 2021-ci ilin payızında Ər-Riyad İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl" klubunu satın alıb.