Şahmat üzrə 5 qat dünya çempionu Nona Qaprindaşvili “Netflix” onlayn kinoteatra qarşı ABŞ-ın Los-Anceles Federal Məhkəməsində iddia qaldırıb.
FED.az xəbər verir ki, 80 yaşlı şahmatçı şirkəti “Queen’s Gambit” serialında onunla bağlı yanlış məlumat yaymaqda ittiham edib.
Belə ki, serialın son seriyasında N.Qaprindaşvilinin kişi şahmatçılarla qarşılaşmadığı bildirilib və bu, həqiqətə uyğun deyil.
Ekran əsərində həmçinin gürcü qrossmeyster səhvən rusiyalı şahmatçı kimi təqdim olunub.
N.Qaprindaşvili “Netflix”dən 5 milyon ABŞ dolları təzminat və serialdan onunla bağlı yanlış məlumatların silinməsini tələb edir.
Qeyd edək ki, N.Qaprindaşvili kişilər arasında beynəlxalq qrossmeyster adına layiq görülmüş ilk qadın şahmatçıdır. O, karyerasında ən azı 59 kişi şahmatçı ilə oyun keçirib. (Report)