NBA tarixində ən yaxşı basketbolçularından olan Lebron Ceyms hər il öz sağlamlığına 1,5 milyon dollar sərf edir.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu vəsait idmançının qidalanmasına və gündəlik fiziki çalışmalarla dolu olan rejimə sərf edilir.
Qətərli iş adamları “Liverpul”u - ALA BİLƏRLƏR
Bundan başqa, Lebron Ceyms öz idman folrmasını qorumaq üçün çoxsaylı yüksək texnoloji metodlardan və vasitələrdən də istifadə edir.
Qeyd edək ki, Lebron Ceyms – basketbol tarixində ən titullu idmançılardan sayılır. O 4 dəfə Milli Basketbol Assosiasiyasının qalibi olub, eyni zamanda 4 dəfə çempionatın ən qiymətli oyunçusu hesab edilib. Hazırda «Los- Anceles Leykers» klubunda çıxış edən Ceyms klub karyerasi ilə yanaşı, ABŞ yığmasının tərkibində 3 dəf Olimpiya oyunlarında da çıxış edib və 2 qızıl, bir bütünc medal qazanıb.
2019-cu ildə isə Lebron Ceyms «Forbes» jurnalı tərəfindən MBA-nın ən çox qazanan basketbolçusu elan edilib. 38 yaşlı Ceyms formada qalmaq üçün hər il 1,5 milyon dollar sərf edir.
Bura təkcə evdəki trenajor zalı vəs məşqçinin, eləcə də massajist və aşbazların xərcləri deyil, digər üsullar da aiddir. İdmançı sərt dietadadır və həftədə 4 dəfə məşq edir.
İdmançı bildirir ki, formada qalmaq ona iki səbəbdən lazımdır. Əvvəla yeni oyunçular daha iri və güclüdürlər, onlarla rəqabət aparmaq tələb olunur. Digər tərəfdən, idmançı bu üsulla öz idmançı karyerasını - hansı ki, ona böyük pullar gətirir - mümkün qədər çox uzatmaq istəyir.