AFFA-nın növbəti konfransı keçirilir.
FED.az xəbər verir ki, konfransda AFFA prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov iştirak edir.
Eləcə də bax: UEFA "Qarabağ" klubuna - PUL AYIRIB - MƏBLƏĞ
Tədbirdə çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev yığma komandanın çıxışını tənqid edib: “Millimizin yaxşı çıxış etməməsi tənqid hədəfi idi. Millətlər Liqasında qrupdan çıxa bilmədik. Halbuki böyük şans idi. Zəiflər qrupundan qalib ayrılmağı bacarmadıq. AÇ-2020-nin qrup mərhələsində 1 xalla sonuncu olduq. Təəssüf ki, azarkeşlər üzüldü. Avrokuboklarda klublarımız yaxşı çıxış etdi. Xüsusən, “Qarabağ”ı qeyd etmək istərdik. Digər klubların da çıxışını yaxşı adlandırmaq olar”.