"Roma"nın sahibləri İtaliya klubunu Səudiyyə Ərəbistanından olan investorlara satmağı planlaşdırırlar.
UEFA “Qarabağ”a - 2,5 MİLYON MANAT ÖDƏDİ
FED.az xəbər verir ki, artıq bununla bağlı Ər-Riyadda görüş keçirilib.
Toplantıda "canavarlar"ın İdarə Heyətinin üzvü Erik Uilyamson iştirak edib.
İki fərqli qrup paytaxt təmsilçisini almaq istəyir. Hər ikisi klubun səhmlərinin 100 faizini əldə etmək niyyətindədir. Danışıqların ilkin mərhələdə olduğu vurğulanıb.
Qeyd edək ki, "Friedkin Group" 2020-ci ilin avqustunda "Roma"nı 600 milyon avroya alıb. (Report)