UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turundan sonra turnirdə iştirak edən klubların əldə etdiyi gəlirlər məlum olub.
«Qarabağ» mənfəətdə də çempion imiş: Ağdam klubu - ZƏRƏRDƏN MƏNFƏƏTƏ KEÇİB
FED.az xəbər verir ki, turnirdə hələlik ən çox məbləği «PSJ», «Arsenal», «Mançester Siti», «Bavariya», «Real Madrid» qazanıb. Onların ilk 5 turda qazancı təqribən 70-73 milyon avro arasındadır.
Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" klubu isə indiyədək 30 milyon avroya yaxın məbləğ qazanıb. Ağdam təmsilçisi bu göstəriciyə görə 33-cü pillədə qərarlaşıb.











