Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.
FED.az xəbər verir ki, Monakoda təşkil olunan və Bakı vaxtı ilə saat 20:00-da start götürən püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşməkdədir.
"Qarabağ" buoyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Püşkatmada 36 komanda 4 səbətə bölünəcək. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdədir.
Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılacaq. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada səkkiz rəqib seçəcək. Eyni prosedur bütün komandalar üçün təkrarlanacaq və nəticədə bütün cütlüklər müəyyən ediləcək.
Hər səbətdən iki komanda digər səbətlərdəki komandaya rəqib olacaq. Hər səbətdən rəqib olan iki komanda ilə oyunlardan biri evdə, digəri səfərdə keçiriləcək. Bir assosiasiyadan maksimum iki rəqib ola bilər.
Püşkatma zamanı İngiltərənin «Çelsi» klubunun rəqiblərindən birinin «Qarabağ» olduğu müəyyənləşib. Qaydaya görə, «Çelsi» «Qarabağ»la Bakıda oynayacaq.
Bundan başqa, «Qarabağ»ın olduğu qrupda İngiltərənindaha bir qrandı var – «Liverpul». Qaydaya görə «Qarabağ» «Liverpulla» səfərdə oynayacaq.
Qeyd edək ki, bu il Çempionlar Liqasında debüt edəcək Qazaxıstanın Kayrat komandası isə «Real Madrid»lə düşüb. Amma «Kayrat» İspaniya nəhəngi ilə səfərdə – Madriddə oynayacaq.
Bundan başqa. «Qarabağ» Portuqaliyanın «Benfika» komandası ilə səfərdə, Almaniyanın «Ayntrax» komandası ilə Bakıda oynayacaq.