Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb. İlk turda səfərdə Portuqaliya "Benfika"sına qalib gələn (3:2) Ağdam təmsilçisi ötən axşam Bakıda Danimarkanın "Kopenhagen" klubunu yenib (2:0)
«Qarabağ» mənfəətdə də çempion imiş: Ağdam klubu - ZƏRƏRDƏN MƏNFƏƏTƏ KEÇİB
FED.az xəbər verir ki, iki qələbə "Qarabağ"a 6 xal qazandırmaqla yanaşı, büdcəsini zənginləşdirməyə də imkan verib.
Belə ki, UEFA Çempionlar Liqasında hər qələbəyə görə, klublara 2,1 milyon avro (təxminən 4,2 milyon manat) ödəyir. Beləliklə, "Qarabağ" iki oyuna görə, 4,2 milyon avro (təxminən 8,4 milyon manat) qazanıb.(Qaynarinfo.az)