2024-cü ildə Azərbaycanda ən böyük mənfəət əldə edən futbol klubu Ağdamın «Qarabağ»ı olub.
FED.az İDMAN xəbər verir ki, qarabağlılar ötən ili 877 min manat xalis mənfəətlə tamamlayıblar. Bu ölkənin futbol klubları arasında ən yüksək göstəricidir.
Xatırladaq ki, «Qarabağ» 2023-cü ili böyük zərərlə tamamlamışdı, klub 1 milyon 782 min manat zərər etmişdi. Amma 2024-cü ildə komanda zərərdən böyük mənfəətə keçməyib bacarıb.
«Qarabağ»dan sonra 2024-cü ildə ən böyük mənfəət əldə edən klublar «Sabah» və «Şamaxı» klubları olub. Ölkə futbolunun yeni favoritlərindən olmağa başlayan «Sabah» 2024-cü ildə 717 min manat mənfəət əldə edib.
«Şamaxı» klubu isə ötən ili 548 min manat xalis mənfəətlə tamamlayıb.
Ölkə futbolunun maliyyə nəticələrini FED.az İDMAN-da izləmək mümkündür.