AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
“Qarabağ” 16 milyondan çox qazanıb
FED.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Qarabağ” “Turan Tovuz”la oyun bitdikdən sonra AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə 2000 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Neftçi” matçında isə qonaq komandanın azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar Bakı klubu dəymiş zərəri ödəyəcək.