Prezident İlham Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb:
FED.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:
1.1. birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;
1.2. ikinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;
1.3. üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;
1.4. komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.