Azad Rəhimov süni tənəffüs aparatına qoşulub.
FED.az xəbər verir ki, nazir hazırda koma vəziyyətindədir. Həkimlərin ümidi azaldığı üçün Azad Rəhimovu Azərbaycana gətirməyə qərar veriblər.
Süni tənəffüs aparatına qoşulan nazir yaxın vaxtlarda xüsusi təyyarə ilə Bakıya gətiriləcək.
**
Gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.
Bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
O, ağ ciyər xərçəngindən əziyyət çəkən nazirin vəziyyətinin çox ağır olduğunu qeyd edib. A.Rəhimovun səhhəti bir neçə ay əvvəl pisləşib və ABŞ-da əməliyyat olunub. Nazirin komaya düşdüyü bildirilirdi. (Apa)