Azərbaycan Güləş Federasiyasının (AGF) növbəti hesabat-seçki konfransı keçirilib.
Eləcə də bax: Elman Rüstəmovu o əvəzlədi – FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə yeni prezident seçilib.
Səsvermə nəticəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov 4 il müddətinə federasiyanın prezidenti seçilib. O, bu postda 2018-ci ildən prezident əvəzi kimi fəaliyyət göstərən Namiq Əliyevi əvəzləyib. Ondan əvvəl isə AGF-ə sabiq vergilər naziri Fazil Məmmədov rəhbərlik edib.
Qeyd edək ki, Mikayıl Cabbarov 2017-2021-ci illərdə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti olub. Son hesabat-seçki konfransında onu Balakişi Qasımov əvəz edib.
Mikayıl Cabbarov həmçinin hazırda Azərbaycan Badminton Federasiyasının prezidentidir. Bu gün həmin federasiyada da hesabat-seçki konfransı baş tutacaq.