Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu ilk milyarder futbolçu olub.
«Qarabağ» mənfəətdə də çempion imiş: Ağdam klubu - ZƏRƏRDƏN MƏNFƏƏTƏ KEÇİB
FED.az xəbər verir ki, 40 yaşlı forvardın hazırkı sərvəti 1,4 milyard avro təşkil edir.
Futbolçu bir müddət öncə Səudiyyə klubu ilə dəyəri 400 milyon avrodan çox olan 2 illik yeni müqavilə imzalayıb. Məhz bundan sonra onun sərvəti 1 milyardı ötüb.
Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində ölkəsinin “Sportinq”, İngiltərənin “Mançester “Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında çıxış edib. (Azərtac)