Pandemiya ilə birlikdə idman sənayesi tamamilə dəyişməyə başlayıb. Karantində evdə olan insanlar müxtəlif tətbiqetmələrlə idman etsələr də, insan sağlamlığına təsir göstərməyəcək, robotlar və dronların da istifadə edildiyi yarışlara tələb artacağı gözlənilir.
Eləcə də bax: Evdə idman sektoru - ƏLA BİZNES OLACAQ
Milyardlarla dolların dövr etdiyi futbol və basketbol kimi idman sahələrində idmançının sağlamlığı səbəbindən çempionatlar dayandırıldı. Bu mövsüm bir çox ölkədə liqalar ləğv edildi.
FED.az xəbər verir ki, idman salonlarına gedilmədiyi üçün fitness sektoru da böhran içərisindədir. Koronavirus epidemiyası göstərdi ki, həm idmançıların yarışları, həm də fitnes sektoru dəyişimə getmək məcburiyyətindədir.
İdman meneceri və futurist Hakan Demiray idman və fitness sektorlarında sürətli bir dəyişikliyin olduğunu deyib: “Bununla əlaqədar olaraq sponsorlar da dəyişəcək. Futuristik sektoru idman sənayesində üstünlük təşkil edəcək, yeni sponsorlar da onlara dəstək olacaq”.
2016-cı ildə İsveçrədə təşkil edilən “cybathlon” (biyonik) olimpiadalarının əhəmiyyətli bir həddi olduğuna diqqət çəkən Hakan Demiray, xüsusi geyimlər, protez qollar və ayaqların çox diqqət çəkdiyini bildirib: “Oyunlar beyin nəzarəti ilə oynanılırdı”.
Robot qarşılaşmaları
Hakan Demiray Dubayda keçirilən “Future Sports” Təşkilatının da bu nöqtədə ilk olduğunu deyib: “Oyunlarda demək olar ki, heç insan yox idi. Dubayda dronlar, robot atletlər istifadə edildi, xüsusi nəqliyyat vasitələri və robotlarla futbol yarışmaları təşkil edildi. Tamaşaçılar burada qırılan rekordlara daha çox diqqət göstərməyə başlamışdı”.
H. Demiray sponsorların bu cür texnoloji fəaliyyətlərə daha çox dəstək verməyə başladığını da bildirib: “Olimpiadalarda sponsor gəlirlərinin azaldığını görürük. Son olimpiadada 15 faiz azaldı”.
İnnovasiya gözlənilir
2008-ci ildə Pekinə 42.5 milyard dollar sərmayə qoydular və bunun qarşılığı alınmadı. Afina olimpiadasına qoyulan sərmayələrin 4-5 milyard dollardan 15 milyard dollara qədər artdığı və bunun ölkənin böhrana girməsinə təsiri olduğu deyilir. Sponsorlar yenilik gözləyir.
900 milyon avro dəyərində fitness sektoru unuduldu
Koronavirusunun başlaması ilə bir çox sahəyə məxsus qaydalar tətbiq olundu, təxminən 200 min insanın işlədiyi fitness sənayesi isə özbaşına buraxıldı. H. Demiray Türkiyədə 7 min civarında idman salonunda olduğunu və illik iş həcminin 900 milyon avro olduğuna da diqqət çəkib: “Səhiyyə Nazirliyindən bir tənzimləmə gözləyirəm. Səhiyyə Nazirliyi idman salonlarına məhəl qoymur. Nə edəcəyik, bəlli deyil. Qarışıq bir vəziyyət var".
Şəxsi tələblər artacaq
Hakan Demiray onu da deyib ki, epidemiya səbəbindən insanlar evdə oturmaq məcburiyyətində qaldılar: “Bu da insanların artıq çəki almalarına səbəb oldu. Vəziyyət evdə idmanın əhəmiyyətini artırdı. İnsanlar evdə təlim üçün internetdən həll yolları axtardılar. Bu sahədə proqram və tətbiqlər artacaq. İdman salonlarının da bu texnologiya ilə ayaqlaşmalıdır. Rəqəmsal şəkildə butik və fərdi tələblər kəskin artacaq”.