«Keşlə» Futbol Kulubu 2019-cu il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, klub 2019-cu ili zərərlə başa vurub.
Klubun 2019-cu ildə cəmi əməliyyat gəlirləri 4 milyon 782 min manat (76,4% və ya 2 milyon 72 min manat artım) olub.
Ötən il «Keşlə»nin gəlirlərinin demək olar bütünlüklə – mənbəyi açıqlanmayan «Sair gəlirlər» bölməsi üzrə olub. Klub reklamdan, oyunların nümayişindən gəlir əldə etməyib. Hesabata inansaq, ötən il «Keşlə» komandası bilet satışından cəmi 1 960 manat əldə edib. Yeni gəlmişkən, ötən il bu məbləğ 1 640 manat olmuşdu. Ötən il oyunların nümayişindən daxmil olan vəsait isə 3 min manat manat olub.
2019-cu ildə «Keşlə»nin əməliyyyat xərcləri əməliyyat xərcləri 5 milyon 210 min manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 2,2 milyon manat və ya 74% artıqdır. Xərclərinin əsas hissəsi – 3 milyon 623 min manat əmək haqları və mükafatların payına düşüb. Əvvəlki illə müqayisədə 2019-cu ildə «Keşlə»də əmək haqqı və mükafatlar 2 dəfədən çox artıb.
Ötən il agentlərə cəmi 57 min manat ödəniş edilib, ötən il agentlərə edilən ödəniş 5 min manat olmuşdu. 1,5 milyon manat isə sair xərclərə gedib.
Nəticədə «Keşlə» klubu 2019-cu ili 429 min manat zərərlə başa vurub. Əvvəlki ilə isə zərər 282 min manat idi.
«Keşlə» futbol klubu ili zərərlə tamamlayıb - HESABAT
21:54
29 İyun 2020