ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə 2026-cı ildə ABŞ, Meksika və Kanada ilə birgə keçiriləcək dünya çempionatına hazırlıq məsələləri müzakirə olunub.
İnfantino Trampa “26” nömrəli futbol köynəyi və hakimlərin istifadə etdikləri kartları təqdim edib. FIFA prezidenti zarafatla bildirib ki, kartlar ona jurnalistlərlə ünsiyyət zamanı lazım ola bilər. Hədiyyədən dərhal istifadə edən Tramp isə qırmızı kartı seçib və jurnalistlərə göstərib.
FIFA prezidenti bu il Rusiyada dünya çempionatının uğurla keçdiyini söyləyib və 2026-cı il mundialının ondan geri qalmayacağına əminliyini bildirib.