İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlanacaq.
Eləcə də bax: İTV-yə baş direktor - SEÇİLİB
FED.az xəbər verir ki, bunu İTV-nin baş direktoru Balakişi Qasımov deyib.
O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır. “Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.
Balakişi Qasımov “Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb: “Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, “Maska” şou yanvar ayından efirdə olsun”. (Apa)