İtaliyada futbol üzrə ölkə çempionatının və digər turnirlərin dayandırılması ciddi maliyyə itkisinə səbəb ola bilər.
Eləcə də bax: İtaliyada restoran və parklar mayın - 4-DƏ AÇILA BİLƏR
FED.az xəbər verir ki, İtaliyanın nüfuzlu “Corriere dello Sport” nəşri xəbər verir ki, turnirlərin təxirə salınması səbəbindən ölkə təxminən 60 milyard avro itirə bilər.
Məlumatda, həmçinin qeyd olunur ki, koronavirus pandemiyasına görə yarışların dayandırılması 14 milyona yaxın insanın müəyyən maliyyə vəsaiti itirməsinə səbəb olacaq. Vəziyyətin ən çox İtaliya Basketbol Liqasına təsir edəcəyi güman edilir. Belə ki, çempionatın bərpa olunmayacağı təqdirdə, quruma təxminən 40 milyon avro ziyan dəyə bilər.
Qeyd edək ki, İtaliya klubları mayın 4-də məşqləri bərpa etməyi qərara alıblar.
Azərtac