FED.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi işə qəbul elan edir.
Aşağıda adları qeyd edilən, yeni istifadəyə verilmiş təsərrüfat hesablı idman obyektlərinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edilir:
1. “Gəncə Olimpiya İdman Kompleksi” MMC-nin direktoru (Gəncə şəhəri)
2. “Şəki Olimpiya İdman Kompleksi” MMC-nin direktoru (Şəki şəhəri)
3. Respublika Olimpiya Mərkəzinin direktoru (Bakı şəhəri)
4. “Kür Olimpiya Tədris İdman Mərkəzi” MMC-nin direktoru (Mingəçevir şəhəri)
5. Respublika Velotrekinin direktoru (Bakı şəhəri)
Qeyd edilən vəzifələrə namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil;
- Minimum iş stajı: 6 il ;
- Yaş həddi: 55-dək.
Qeyd: İdman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Təqdim ediləcək sənədlər:
- Linkdə (https://bit.ly/36pHHjZ) verilmiş CV forması doldurulmalıdır (CV-də iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.
Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.
Elektron poçt ünvanına müraciət daxil olduqdan sonra müraciətinizin çatması barədə təsdiq e-maili göndəriləcək.
Sənədlər 19 aprel 2022-ci il tarixindən etibarən [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müraciət üçün son tarix: 23 aprel 2022-ci il.
Əlavə məlumat üçün telefon: (012) 465-65-71.