UEFA Avropa Liqasının final oyununun təşkili zamanı nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-də 24 saat fəaliyyət göstərən qərargah yaradılıb.
FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
O, qərargahın fəaliyyətinin bu sahədəki dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə edilməsindən ibarət olduğunu bildirib.