İdman

Futbol tədbiri üçün Bakıya 70 KIA gətirildi

Futbol tədbiri üçün Bakıya 70 KIA gətirildi | FED.az
12:16 10 May 2019

“KIA Motors Corporation” (KMC) ilə UEFA arasında 2018-ci ildə bağlanmış müqaviləyə əsasən, Avropa Liqasının final oyunlarında qonaqların daşınması məhz bu şirkətin istehsalı olan avtomobillərlə həyata keçiriləcək.

FED.az xəbər verir ki, AFFA-nın yaydığı məlumata görə, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşması ilə bağlı tədbirlərdə istifadə olunması üçün KMC şirkətinin ölkəmizdəki rəsmi distributoru “KIA Azərbaycan” tərəfindən 70 ədəd yeni model KIA avtomobili gətirilib. Modellər arasında “Optima”, “Carnival”, “Sportage”, “Sorento”, “K900” və “Stinger” yer alıb.

Eləcə də bax: Tarixdə ən çox alınan avtomobil modelləri - TOP 10

Mayın 23-dən 30-dək müddətdə final oyunu ilə bağlı tədbirlərdə istifadə olunacaq avtomobilləri sürücü ilə UEFA tərəfindən müəyyənləşdirilmiş şirkət təmin edəcək. Avtomobillər əsasən, UEFA-nın rəsmi şəxsləri və final qarşılaşmasına gələcək VIP qonaqların hava limanından otellərə, həmçinin oyunla bağlı müxtəlif tədbir məkanlarına daşınması üçün nəzərdə tutulub. Həmin avtomobillər artıq “UEFA Avropa Liqası Finalı Bakı 2019”a uyğun şəkildə brendinq olunub.

Qeyd edək ki, bu, KMC şirkətinin Avropa Liqası turnirində UEFA ilə ilk əməkdaşlığıdır.


 

Digər xəbərlər