İdman

Futbol klubu öz kriptovalyutasını buraxır

Futbol klubu öz kriptovalyutasını buraxır | FED.az
23:39 11 Sen 2018
“PSJ” öz kriptovalyutasını işə salan ilk futbol klubu olacaq.

FED.az xəbər verir ki, Fransanın “PSJ” futbol klubu rəqəmsal bizneslə məşğul olmağı planlaşdırılır. Klub 2019-cu ildə öz kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır.

Paris təmsilçisi blokçeyn platforması olan “Socios.com”un törəmə şirkəti “Chiliz” startapı ilə saziş imzalamaq niyyətindədir.

Bu baş tutsa “PSJ” öz kriptovalyutasını işə salan ilk futbol klubu olacaq. Bu telefon üçün tətbiq formasında həyata keçiriləcək.

Klubun azarkeşləri tokenlər qazanacaq və menecmentə cəlb olunacaq. Tokenlər çox olduqca fanatın seçim zamanı səsi daha əhəmiyyətli hesab ediləcək.

 


Mənbə: Sputnik Azərbaycan

Digər xəbərlər