Formula 1 Azərbaycan Qran Prisi 100 milyon dollar məbləğində sığortalanıb.
FED.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin kommersiya direktoru Bülent Özerdim "Formula 1 yarışlarının keçirilməsinin iqtisadi və sosial faydaları" mövzusunda dəyirmi masa zamanı deyib.
Direktorun sözlərinə görə, apreldə keçiriləcək Azərbaycan Qran Prisinə biletlərin 70 faizi satılıb:
“Satılmış biletlərin 78 faizi 52 ölkə vətəndaşları tərəfindən əldə edilib. Ötən il eyni dövrdə 47 ölkənin vətəndaşları bilet almışdı. Biz hesab edirik ki, qalan müddətdə daha çox bileti yerli vətəndaşlar alacaq”.
B.Özerdim qeyd edib ki, tədbirə bilet alan xaricilər arasında Rusiya, Böyük Britaniya və Gürcüstan vətəndaşları liderlik edir. Sonrakı yerlərdə Almaniya, Niderland, Ukrayna, BƏƏ və digər ölkələr qərarlaşıb.
Eləcə də bax: Azərbaycan "Formula 1"də 50 milyon dollara qənaət edəcək