2023-cü il “Formula-1” Azərbaycan Qran-Prisi üçün bilet satışına başlanılıb.
Bakıda Formula-1-in daha bir yarışı keçirliəcək - TARİXLƏR AÇIQLANDI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 7-ci dəfə Bakıda keçiriləcək yarış üçün “early bird” erkən bilet satışına start verib. Yanvarın 15-nə qədər bilet alanlar 20 faiz endirimdən yararlanacaqlar.
Biletlər “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, “Kiosk 1” (Azərbaycan kinoteatrı), “Kiosk 2” (Nizami küçəsi), həmçinin 1, 2, 3 və 4 saylı “ASAN Xidmət” mərkəzlərində satılacaq.
Bakı Şəhər Halqasının Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmaliyev bilet satışı ilə bağlı danışıb: “Azərbaycanlılar və ölkəmizin rezidentləri Bakı yarışına biletləri beynəlxalq qiymətlərlə müqayisədə 2 dəfəyədək sərfəli qiymətlərlə əldə edə biləcək. Bu il daha çox yerli azarkeşin “Formula-1” yarışlarını izləməsi və Dənizkənarı Milli Parkda əyləncələrə qoşulması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün isə 110 manatdan 480 manatadək qiymət aralığında təklif ediləcək”.