İdman

Dünyanın ən varlı idmançıları açıqlandı – MƏBLƏĞ

Dünyanın ən varlı idmançıları açıqlandı – MƏBLƏĞ | FED.az
16:43 8 İyun 2018

Amerikalı boksçu Floyd Meyvezer dünyanın ən varlı idmançılarının siyahısında birinci yeri tutub. FED.az  xəbər verir ki, siyahını tərtib edən «Forbes»in məlumatına görə, 41 yaşlı idmançı ötən il düz 285 mln. dollar qazanıb.

Siyahıda ikinci yeri Argentina millisi və Barselonanın ulduzu Lionel Messi tutub. O ötən il 111 milyon dollar qazanıb.

Portuqaliya yığması və «Real»ın ulduzu Kriştianu Ronaldu isə ötən il 108 milyon dollar qazanıb.

Digər xəbərlər