İtaliyanın futbol üzrə yığma komandası 2018-ci il dünya çempionatına vəsiqə qazanmadığına görə ölkə iqtisadiyyatı 1 milyard avroyadək ziyana düşəcək.
FED.az xəbər verir ki, bunu İtaliyanın Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Franko Karraro deyib. Bildirib ki, zərərin ən azı 500-600 milyon avroya bərabər olacaq:
“Birbaşa və yaxud dolayısı itkilərdən söhbət getdiyini başa düşməliyik. Dolayısı itkilər ehtimal ki, milyard avronu ötəcək. Bəli, yəqin ki, belə olacaq”.
İtalyanlar pley-off mərhələsində isveçlilərə məğlub olduğundan (0:1, 0:0) tarixdə ikinci dəfə, 1958-ci ildən indiyədək isə ilk dəfə dünya çempionatında iştirakdan məhrum olublar.
Bu ölkə dünya çempionatına qatılmadığına görə 1 milyard avro itirəcək

10:32
18 Noy 2017