İdman

Bakıda "Futbol və Biznes" sammiti işə başlayıb

Bakıda "Futbol və Biznes" sammiti işə başlayıb | FED.az
10:36 15 May 2019

Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə "Futbol və Biznes" sammiti işə başlayıb.

FED.az xəbər veiri ki, “Fairmont” otelində keçirilən tədbirdə AFFA rəsmiləri, fransalı dünya və Avropa çempionu Rober Pires, Azərbaycan milli komandalarının baş məşqçiləri, klub rəsmiləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə xarici və yerli mütəxəssislərin iştirakı ilə futbolun makroiqtisadi təsiri, futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılacaq. Həmçinin vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək.

Eləcə də bax: Bakıda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - İŞƏ BAŞLAYIB

Proqrama əsasən, "Futbolun Makroiqtisadi təsiri", "Futbol İnvestisiyasından sosial fayda" və "Futbol tərəfdaşlığının biznesə təsiri" mövzularında panellər və sual-cavab olacaq.

Qeyd edək ki, Rober Pires tədbirə "Futbol və Biznes" sammitinin rəsmi ulduz səfiri kimi qatılıb. 

Digər xəbərlər