Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.
Bakı Şəhər Halqası: "Bu il bilet satışında bütün rekordları qırmışıq"
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
O qeyd edib ki, müqaviləyə əsasən Formula 1 Azərbaycan Qran Prisinin sonuncu ilidir.
“Ancaq müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.
Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki Formula 1-in iqtisadi və sosial baxımdan faydaları çoxdur. Danışıqlar barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək”- T. Teymurov vurğulayıb. (Trend)