Bakıdakı “Formula 1” üzrə Azərbaycan Qran Prisini təşkil edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BŞH) yeni təyinat olub.
Eləcə də bax: Azad Rəhimovun oğlu "Formula-1"i tərk etdi - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, bu barədə Bakıdakı yarışın mətbuat katibi Turab Teymurov mətbuat konfransında bildirib.
O, Səbri Gülmalıyevin BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri vəzifəsinə təyin edildiyini söyləyib.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 2023-cü il 28-30 apreldə olacaq. (Report)