Azərbaycanın «Səbail» futbol klubu 2024-cü ildə mənfəətdən zərərə keçib.
FED.az İDMAN xəbər verir ki, klub 2023-cü ildə 97 min manat xalis mənfəət açıqlasa da, 2024-cü ildə maliyyə vəziyyəti dəyişib. Nəticədə ötən il klubun mənfəəti zərərlə əvəz olunub – 295 min manat.
Bu, ölkənin futbol klubları arasında maliyyə nəticələrinə görə, ən pis göstəricidir. Məsələ bundadır ki, 2024-cü ildə ölkədə cəmi 2 klub zərər edib. «Səbail» klubu zərər məbləğinə görə 1-cidir, 2-ci klubun zərəri cəmi 120 min manat olub.