Azərbaycanda Peşəkar Futbol Liqasında (PFL) iştirak edən futbol klublarının mənfəət və zərəri açıqlanıb.
FED.az İDMAN ölkənin əsas futbol klublarının iqtisadi göstəricilərini təqdim edir.
Mənfəət və zərər göstəricilərinə əsasən, 2021-ci ildə ölkənin 8 əsas futbol klubundan yalnız 2-si mənfəətlə işləyib.
Ən böyük mənfəət «Neftçi» klubunda qeydə alınıb, mənfəətlə işləyən digər klub "Zirə" olub.
"Sumqayıt" klubu ili neytral başa vurub - mənfəət və zərəri olmayıb. Digər 5 klub, o cümlədən ölkə futbolunun flaqmanı sayılan «Qarabağ» və vaxtilə ən varlı klublardan olan «Qəbələ» ili zərərlə başa vurublar.