Azərbaycanın eyni adlı şəhərini təmsil edən idman klubu “Qəbələ”nin kapitalı artırılıb.
Azərbaycanda mənfəət və zərərlə işləyən – FUTBOL KLUBLARI – (PFL) SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Qəbələ” idman klubunun nizamnamə kapitalı 700 min manatdan 388.7 min manata qaldırılıb.
“Qəbələ” PFK əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir.
2007-ci il avqustun 31-dək “Gilan” PFK adı altında fəaliyət göstərirdi, hansı ki, bu ad onun baş sponsoru həmin dövrdə “Gilan” idi. Həmin tarixdən sonra “Qəbələ” PFK adı ilə dəyişdirilib.