Azərbaycanda futbol sektorunun maliyyə vəziyyəti açıqlanıb.
FED.az İDMAN xəbər verir ki, ölkənin maliyyə cəhətdən ən dayanıqlı klublarının yer aldığı Premyer Liqanın üzvləri ilk dəfə olaraq ümumilikdə mənfəətə çıxıb.
Ümumilikdə, 2024-cü il Azərbaycan futbol klubları üçün maliyyə baxımından nisbətən müsbət il olub. Bir sıra klublar zərərdən çıxaraq mənfəətə keçib və maliyyə göstəricilərini yaxşılaşdırıb. Zərərlə işləyən klubların sayı isə azalıb və ya zərərləri kəskin aşağı düşüb.
Belə ki, bir il əvvəl, yəni 2023-cü ildə Premyer Liqadakı 10 klubdan 5-i zərərlə işləmiş, futbol sektorunun ümumi mənfəəti 425 min manat, ümumi zərəri isə 5 milyon 636 min manat olmuşdu. Yəni 2023-də futbolun ümumən zərərli olub və ümumi zərəri 5 milyon 211 min manat təşkil etmişdi.
2024-də isə futbol biznesi gəlirlə işləməyə başlayıb. Liqadakı 10 klubdan 8-i mənfəətə keçib. Sektorun mənfəəti 2 milyon 465 min manat zərəri isə 415 min manat olub. Nəticədə sektorun ümumi mənfəəti təqribən 2 milyon manat təşkil edib.
Ölkədəki futbol klublarının mənfəət və zərər göstəricilərini FED.az İDMAN-dan izləmək olar.