Azərbaycan premyer liqasında çıxış edən klubların istifadə etdikləri brendlər açıqlanıb.
Azərbaycanda mənfəət və zərərlə işləyən – FUTBOL KLUBLARI – (PFL) SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə klubları arasında yalnız «Qarabağ» Azərbaycanın milli idman brendi olan «İl’Azero»nun məhsullarından istifadə edir.
Təzə mövsümdən etibarən Ağdam klubu bütünlüklə sözügedən brenddən istifadə dir. Qeyd edək ki, şirkətin məhsulları Polşada istehsal olunur və italyanca «Bir Azərbaycanlı» adlanır. Brendin təsisçisi və sahibi Azərbaycanda yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.
Digər klublara gəlincə, «Neftçi» ilə «Sabah»ı ABŞ-ın «Nayk» brendinin, «Turan Tovuz», «Sumqayıt» və «Səbail» Almaniyanın «Jako» brendinin «Qəbələ», «Zirə», «Kəpəz» və «Şamaxı» isə İspaniyanın «Joma» brendinin geyimlərindən istifadə edir.