Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri açıqlanıb.
Azərbaycanın mənfəət və zərərlə işləyən futbol klubları – SİYAHI, MƏBLƏĞLƏR
Azərbaycanda ən çox və ən az maaş verən futbol klubları – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, "Transfermarkt”a görə, “Neftçi” futbolçularının ümumi transfer qiymətinə əsasən birinci pilləyə yüksəlib.
“Ağ-qaralar”ın hazırkı dəyəri 14,8 milyon avroya bərabərdir. “Qarabağ” 12,9 milyon avroluq dəyərlə ikinci pilləyə düşüb. İlk “üçlüy”ü isə 11 milyon 230 min avro ilə “Sabah” qapayır.
1. “Neftçi” – 14,8 milyon avro
2. “Qarabağ” – 12,9 milyon
3. “Sabah” – 11,23 milyon
4. “Zirə” – 7,33 milyon
5. “Turan Tovuz” – 6,08 milyon
6. “Sumqayıt” – 5,58 milyon
7. “Qəbələ” – 5,08 milyon
8. “Səbail” – 4,33 milyon
9. “Araz-Naxçıvan” – 3,03 milyon
10. “Kəpəz” – 2,48 milyon
Premyer Liqa klublarında çıxış edən futbolçuların ümumi dəyəri 72 milyon 840 min avrodur. (Report)