Azərbaycanda maaşların artım-azalma dinamikasına görə, futbol premyer-liqasının üzvlərinin göstəriciləri məlum olub.
Azərbayanda ən çox və ən az maaş verən futbol klubları – SİYAHI, MƏBLƏĞLƏR
Azərbayanın mənfəət və zərərlə işləyən futbol klubları – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, premyerliqada çıxış edən 10 klubdan 7-də maaşların nartımı, 2-də azalması baş verib, 1 klub – «Zirə» isə bu göstəricini açıqlamır.
Maaşların artım sürətinə görə, ölkədə birinci yeri «Kəpəz» və «Turan Tovuz» komandaları tutur. Bu klublarda maaşlar 3 dəfə artaraq 1 milyon manatı keçib.
«Səbail» klubunda maaşlar 56%, «Sabah»da isə 39% artıb.
Məbləğ ifadəsində isə maaşların ən çox artdığı klublar «Qarabağ» və «»Neftçi»dir.
2022-ci ildə ölkədə iki klubda maaşlar azalıb – «Şamaxı» və «Sumqayıt». «Sumqayıt» klubunda azalma cüzi olub, «Şamaxı»da isə maaşların məbləği 800 min manat azalıb.