Xəbər verildiyi kimi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb.
Eləcə də bax: Azad Rəhimovun oğlu "Formula-1"i tərk etdi - YENİ TƏYİNAT
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov şirkətin icraçı direktoru vəzifəsindən azad edilib və onun yerinə Maqsud Fərzullayev təyin edilib.
M.Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb. Avropa Oyunları, İslam Oyunları və Formula 1 Qran-prisində təşkilat komitəsinin tərkibində yer alıb.