2022-ci ildə AFFA ilə Türkiyənin “Misli.com” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
Eləcə də bax: "Qarabağ" klubu prezidentin ayırdığı pulları - Nəyə Xərcləyəcəyini Açıqladı
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov Klublar Komitəsinin iclasında açıqlama verib.
Funksioner bu sözləşmənin ümumilikdə Azərbaycan futbolu və klubları üçün maliyyə məsələləri baxımından faydalı olacağını bildirib.
Qeyd edək ki, "Misli.com" şirkəti 2019-cu ildən Demirören Holdinqin tərkibinə daxil edilib və son 2 ildə Türkiyənin ən sürətlə böyüyən qanuni mərc saytına çevrilib. Hazırda 2 milyon üzvü var.