AFFA İntizam Komitəsi “Kəpəz” klubunu 8500 manat cərimələyib. “Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın Azərbaycan Premyer Liqasının XXXIII turunun “Sumqayıt”la oyununda baş verən qayda pozuntuları səbəb olub.
Azərbaycanda futbola ayrılan pulların məbləği - BİR QƏDƏR DƏ ARTDI - SİYAHI
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmanın 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Gəncə klubu isə buna görə 3000 manat cərimə ödəyəcək.
Oyununun 90+6-cı dəqiqəsində “Kəpəz”in digər futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3000 manat cərimələnib. Bundan başqa, komanda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 800, azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyi üçün 1000 manat ödəyəcək.
İntizam Komitəsi “Sumqayıt”ı da cərimələyib. Buna matçın 90+6-cı dəqiqəsində Vüqar Mustafayevin ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub. Futbolçu 1 oyun cəzalanıbsa, klubunu 500 manat ziyana salıb.