AFFA Azərbaycan I Liqasında mübarizə aparan “Baku Sporting” və “Cəbrayıl” klublarını cərimələyib.
FED.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Belə ki, XVI turun “Baku Sporting” – “Cəbrayıl” matçı polis nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə meydan sahibləri 100 manat cərimələnib.
Bununla yanaşı, Bakı təmsilçisinin futbolçusu Orxan Fərəcov 87-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. “Baku Sporting” futbolçusunun hərəkətinə görə 300 manat ziyana düşüb. Həmçinin klub 5 futbolçusu sarı vərəqə aldığına görə 70 manat cərimələnib.
AFFA “Cəbrayıl”ı da cəzalandırıb. "Baku Sporting"lə qarşılaşmanın 87-ci dəqiqəsində Okan Təhməzli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb. Futbolçusunun davranışına görə klub 300 manat cərimələnib.