Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.
FED.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Eləcə də bax: Kibercinayətkarlıqda təqsirləndirilən şəxsin məhkəməsi - BAŞLAYIB
Məhkəmədə hakim Anar Osmanova ötən məhkəmə iclasına gəlmədiyi üçün xəbərdarlıq edib. Onun səbəb kimi avtomobil qəzasına düşməsini məhkəmə bəhanə kimi qiymətləndirib. Hakim bildirib ki, belə hal təkrar edilərsə, onun barəsindəki qətimkan tədbiri dəyişdirilə və həbs edilə bilər.
Anar Osmanov üzrxahlıq edərək bir daha gecikməyəcəyini deyib.
Məhkəmənin baxış iclası oktyabrın 3-nə tətin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər.
Apa